Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Mart 2014

“Rusiya hərbi müdaxiləyə hazırlaşır”

Ukraynanın BMT-dəki nümayəndəsi: “Rusiya hərbi müdaxiləyə hazırlaşır”
Ukraynanın BMT-dəki nümayəndəsi Yuriy Sergeyev bəyan edib ki, Rusiya ölkənin digər regionlarına hərbi müdaxilə etmək niyyətindədir.

“RBK-Ukrayna”-nın verdiyi məlumata görə, bunu Sergeyev BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında deyib.

“Hərbi hissələrin düzülüşü, tədarük və təchizatı onların Ukraynanın qitə hissəsinə hərbi müdaxiləyə hazırlaşmalarından xəbər verir”- deyə Sergeyev bildirib.

Onun sözlərinə görə, artıq 16 minə yaxın Rusiya hərbçisi Krım ərazisindədir, onlar hərbi hissələr və digər mühüm obyektləri blokadaya alırlar. Ukraynanın BMT-dəki nümayəndəsi qeyd edib ki, Ukrayna ordusu təxribatlara cavab verməyərək radikal hərəkətlərdən çəkinməyə üstünlük verir.
1468 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP