Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Mart 2014

Gürcüstan da qarışdı

Qardabanidə iqtidar və müxalifət nümayəndələri arasında qarşıdurma baş verib

Martın 3-də Qaradabanidə iqtidar və müxalifət nümayəndələri arasında dava düşüb.

“Rustavi-2” televiziyasının məlumatına görə, hadisə Milli Hərəkat partiyasının Qardabani rayon şöbəsinə sədr seçilərkən baş verib.

Davada keçmiş Gürcüstan parlamentinin azərbaycanlı deputatı Ramin Bayramovu təhqir ediblər. Hadisə yerində Tiflis şəhərinin sabiq meri Qiqi Uqulava və Milli Hərəkat partiyasının üzvləri, eyni zamanda Gürcüstan parlamentinin deputatı Nuqzar Tsiklauri də olub.

Məlumata görə, Milli Hərəkat partiyasının seçki iclası başlayanda bir nəfər “Gürcü Arzusu”nun üzvü olan azərbaycanlı icarədar keçmiş deputat Ramin Bayramova hücum edib və onu söyməyə başlayıb və R. Bayramov da ona söyüb. İcarədar R. Bayramovun ona məxsus 32 hektar torpaq sahəsini hindlilərə 6 min dollara satdığını bildirib. Hadisə bu səbəbdən başlayıb və dava küçədə davam edib. Arada R. Bayramovun dayısı Fərman Əliyev də döyülüb. Hadisəyə polis əməkdaşları müdaxilə ediblər.

Məlumata görə, qarşıdurmadan sonra Milli Hərəkat partiyasının Qardabani rayon təşkilatının iclası keçirilib və keçmiş parlament deputatı Ramin Bayramov təşkilatın sədri seçilib.

“Gürcü Arzusu” partiyası hadisəyə münasibət bildirib və qeyd edib ki, hadisə ilə bağlı araşdırma aparılacaq və günahkar olan şəxslər cəzalandırılacaq./apa/
1511 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:15