Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Mart 2014

Azərbaycanda 30 minə yaxın rəsmi narkoman var

Azərbaycanda rəsmi qeydiyyata alınmış (minlərlə qeydiyyata alınmayanlar var) narkotik istifadəçilərinin sayı artıb.

Səhiyyə Nazirliyindəki mənbədən “Trend”-ə verilən məlumata görə, 2010-cu ildə Azərbaycanda narkotik istifadəçilərinin sayı 25 489 nəfər, 2011-ci ildə 26 716 nəfər, 2012-ci ildə 27 910 nəfər, 2013-cü ildə isə 28 376 nəfər olub.

Təkcə 2013-cü ildə 1509 nəfər ilk dəfə narkotik istifadəçisi kimi qeydiyyata götürülüb. Onların 14-ü qadındır.

Əvvəlki illərlə müqayisədə ölkədə qadın narkotik istifadəçilərinin sayında elə də ciddi dəyişiklik olmayıb. Ölkədəki bütün narkotik istifadəçilərinin 539 nəfəri qadındır. Ötən il bu rəqəm 528 nəfər, 2011-ci ildə isə 511 nəfər olub.

Ümumilikdə narkotik istifadəçiləri arasında daha çox 30-39 yaş arası olan insanlar üstünlük təşkil edir.

Rəsmi qeydiyyata alınmış narkotik istifadəçiləri arasında uşaqlar (yaşı 18-dək olanlar) yoxdur.
1317 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.05.17, 10:09
Çaya HİL əlavə edin
24.05.17, 09:52
KARİKATURA
24.05.17, 09:48
YENƏ İNTİHAR
23.05.17, 15:58
Astara sakini intihar edib
23.05.17, 08:48
Hakimiyyətin borc cehizi
22.05.17, 09:51
NÖVBƏTİ İNTİHAR
22.05.17, 09:47
YENƏ İNTİHAR
21.05.17, 10:42