Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Mart 2014

Son 10 ildə Əfqanıstanda 14 min hərbçi həlak olub

Əfqanıstan hökumətinin hesabatına əsasən, 10 il ərzində yaraqlılarla döyüşdə ölkədə təhlükəsizlik qüvvələrinin 14 min əməkdaşı həlak olub.

«BBC»-nin məlumatına görə, başqa sözlə hər gün 4 hərbçi öldürülüb. Bu müddət ərzində 16,5 mindən çox hərbçi və hüquq mühafizə orqanlarının əməkdaşı yaralanıb.

Mənbə bildirib ki, dinc əhali arasında həlak olanları sayı daha çoxdur. BMT-nin bir müddət öncəki açıqlamsına əsasən, təkcə 2013-cü ildə 3 min dinc sakin öldürülüb.

Məlumata əsasən, xarici hərbi qüvvələr yavaş-yavaş Əfqanıstanı tərk etməyə başlayandan sonra ölkənin təhlükəsizlik qüvvələri arasında həlak olanların say kəskin çoxalıb./lentaz/
1130 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber