Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Mart 2014

Putin hərbi təlimə qatıldı

Rusiya prezidenti Vladimr Putin ölkədə keçirilən hərbi paradda iştirak edib.

Rusiya prezidenti Vladimir Putin Ukraynada gedən proseslərə paralel olaraq ölkənin mərkəzi və qərbi hərbi hissələrində gözlənilmədən həyata keçirilən hərbi təlimlərdə iştirak edib.

Rus lider Leninqrad vilayətində keçirilən hərbi manevri müdafiə naziri Sergey Şoyqu və Qərb Hərbi Bölgəsi komandiri Anatoli Sidorovla birlikdə izləyib.

Təlimdə Sankt-Peterburq şəhəri yaxınlığında yerləşən Kirillovski hərbi təhsil müəssisəsində havadan paraşütlə tullanma qrupunun son mərhələsi də keçiriləcəkdi. Lakin şiddətli qar fırtınası səbəbindən manevrin bu hissəsi ləğv edilib.

Baltik Dənizi hərbi qüvvələrinin də iştirak etdiyi manevrdə Ukrayna sərhədində olan quru qüvvələri, tanklar və mərmi müdafiə etmə sistemləri sınanıb.

Qeyd edək ki, müdafiə naziri Şoyqu sürpriz manevrdə qərb və şimal hərbi hissələrindən 150 min nəfərin iştirak etdiyini və bu manevrin Ukraynadakı proseslərlə heç bir əlaqəsi olmadığını bildirib./ans/
1152 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 08:17