Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Mart 2014

Rəsmi Dəməşq BMT baş katibini tənqid edib

Suriya xarici işlər naziri BMT baş katibi Ban Gi Munun sülh danışıqları ilə bağlı fikirlərinə münasibət bildirib və onun fikirlərini tənqid edib

Rəsmi Dəməşq BMT baş katibini ölkədəki terrora göz yumduğunu bəyan edib.

İnterAz–ın “SANA” agentliyinə istinadla verdiyi xəbərə görə, Suriya xarici işlər naziri BMT baş katibi Ban Gi Munun sülh danışıqları ilə bağlı fikirlərinə münasibət bildirib və onun fikirlərini tənqid edib.

Suriya xarici işlər nazirliyinin bəyanatında bildirilib ki, BMT baş katibinin Sülh danışıqları ilə bağlı və hakimiyyətin bu danışıqlardakı göstərdiyi səylərlə bağlı fikirləri həqiqətdən uzaqdır. Bəyanatda həmçinin rəsmi Dəməşqin ölkədə terrora qarşı mübarizəni davam etdirəcəyini qeyd edib.

Bildirək ki, Ban Gi Mun dünən Cenevrədə keçirilən mətbuat konfransında Cenevrə 2 sülh danışıqlarının baş tutmamasında əsasən hakimiyyət nümayəndələrinin təqsirkar olduğunu bəyan edib.
1405 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi
14.08.17, 21:50