Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Mart 2014

Orta məktəbdə rüşvət yığımı başladı

“Əhmədli qəsəbəsində yerləşən 17 saylı məktəbdə rüşvət tüğyan edir”.

Bu barədə Sevinc adlı valideyn məlumat verdi. Onun bildirdiyinə görə, 17 saylı məktəbdə uşağı 1-ci sinfə yazdırmaq, qeydiyyata salmaq üçün pul istənilir:

“Məktəblərdə uşağı 1-ci sinfə yazdırmaq, qeydiyyata salmaq üçün pul istənilir. 17 nömrəli məktəbdə rus bölməsində üzümüzə gələn sentyabr üçün üç müəllim var. Bunlardan biri güclüdür. Hər kəs istəyir ki, övladı həmin müəllimin sinfində təhsil alsın. Amma mümkün deyil, ötən il hələ oktyabrın əvvəli getmişdim, artıq bütün yerlər dolmuşdu. Müəllim deyir ki: “Zəng vurub yerləri tapşırıblar”. Yəqin direktorun tanışlarıdır.

Təhsil Nazirliyinin orta məktəblərin qapılarına yapışdırılan bildirişində isə valideynlərin övladlarını birinci sinfə qəbulu üçün 2014-cü il yanvarın 6-na kimi müraciət edə bilmələri qeyd olunur. Və bildirilir ki, məktəbdə ancaq həmin ərazidə yaşayan uşaqlar qeydiyyatdan keçməli, ancaq yerlər boş qaldığı halda, sentyabr ayından digər ərazidə yaşayan sakinlərin də müraciətləri nəzərə alına bilər.

Sevinc xanımın dediyinə görə, artıq başqa ərazilərdə yaşayanlar bu məktəbdə qeydiyyatdan keçib, ancaq onlara yer çatmır:

“Keçən il uşaqları məktəbə götürmək üçün ərizə ilə birlikdə 100 manat pul verilirdi. Bu pulu müəllim qəbul edir, onun vasitəsi ilə məktəbin direktoru Bədəl Bədəlova çatdırılırdı. Bu il də yəqin ki, mayın 1-dən pulları yığmağa başlayacaqlar.

Əhmədli qəsəbəsində yerləşən 17 nömrəli məktəblə əlaqə saxlamağa çalışsaq da, telefona cavab verən xanım jurnalist olduğumuzu biləndən sonra bizi yanlış nömrəyə yönləndirib, özü isə bir daha telefona cavab vermədi.

Təhsil Nazirliyinin mətbuat xidmətindən isə rüşvətxorluq halları ilə bağlı sualımızı cavablandırmayacaqlarını bildirdilər:

“Bu məsələ barədə ayaqüstü cavab verə bilmərik, gərək hadisə ilə tanış olaq, ondan sonra. Şagirdlərin 1-ci siniflər üzrə qeydiyyatına qaldıqda isə hər bir sualınız haqqında bizə yazılı müraciət edin”. /axar/
1195 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber