Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Mart 2014

Suriya ordusu və Hizbullah Yabrudda qələbəyə yaxınlaşır

Suriyanın Yabrud bölgəsi uğrunda döyüşlərdən son məlumat yayılıb

İslamazeri.az-ın Suriya mediasına istinadən verdiyi xəbərə görə, Suriya ordusu Sahel şəhərinə tam nəzarəti ələ alıb.

Şəhər 2 martda Hizbullahın dəstəyi ilə azad edilib.

Hizbullahın Yabrudun strateji əhəmiyyətli "Əl-Kuveyti" yüksəkliyini ələ keçirməsilə cəbhədə xeyli dəyişikliklər müşahiə edilir.

2 martda Hizbullah Rima fermalıqlarının 2/3-sinə sahib olub, hazırda bu ərazidəki minalanmış sahələrdə təmizlənmə işlərinin getdiyi önə çəkilir.

Bir az əvvəl Suriya telekanalı video xəbər yayaraq Rima fermalıqlarının 90 faizinin Suriya ordusu və Hizbullahın əlinə keçdiyini bildirib.

Yaxın saatlarda ordunun Rima fermalıqlarında tam nəzarəti ələ almasıya bağlı məlumatı gözlənilir.

Qeyd edək ki, həmçinin xəbərlərdə bildirilir ki, Hizbullah və Suriya ordusu strateji əhəmiyyətli bir çox yüksəkliyi ələ keçirib, Suriyadakı hərbi mənbələrin sözlərinə görə Yabrudun ələ keçirilməsinə az qalıb.

Xatırladaq ki, Yabrud Əl-Quseyrdən sonra Suriyada böyük strateji əhəmiyyətə malik olan bölgədir, Əl Quseyrdə Hizbullah və Suriya ordusunun qələbəsi Suriyadakı terrorçu qruplaşmalar arasında ruh düşkünlüyü yaratdısa, bu qələbənin Suriya terrorçularının sonu kimi dəyərləndirilir. Döyüşdən əvvəl bununla bağlı Daily Beast” qəzetinin tanınmış jurnalisti Cemmi Detmer Livana səfərindən sonra Hizbullah rəsmisindən müsahibə almışdı. Müsahibədə Hizbullah rəsmisi : “Bu dəfəki döyüşdə terrorçuların qaçmasına imkan verməyəcəyik” demişdi.
1288 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...