Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Mart 2014

Putin: “Hələlik Krıma qoşun yeritməyə ehtiyac yoxdur, lakin belə bir imkan var”

“Mən Yanukoviçə dedim ki, güc strukturlarını Kiyevdən çıxarmaq olmaz, ancaq o mənə qulaq asmadı”

Hələlik Krıma qoşun yeritməyə ehtiyac yoxdur. Lakin belə bir imkan var.

Bunu Moskvada keçirdiyi mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin bəyan edib.

Putin qeyd edib ki, ordudan ən son məqamda istifadə oluna bilər. “Ancaq Ukraynanın qanuni prezidentinin hərbi yardımla bağlı bizə müraciəti var. İndi biz Ukraynada neonasistlərin, millətçilərin əməllərini görürük. Lakin qoşun yeridilməsi ən son addımdır”.

Rusiya prezidenti həmçinin bildirib ki, Kiyev Maydanında etirazçılara təxribatçı qüvvələr atəş açıb. “Berkut” xüsusi təyinatlılara qarşı da atəş açıldığını deyən Putin qeyd edib ki, Yanukoviçin Kiyevdən güc strukturlarının çıxarması böyük səhv olub.

“O mənə zəng edərək bu barədə məlumat verdi. Mən isə ona dedim ki, güc strukturlarını Kiyevdən çıxarmaq olmaz, çünki xaos yaranacaq. Lakin o mənə qulaq asmadı”, - deyə o vurğulayıb.
1159 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16,