Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Mart 2014

Vəhabilər Bakıda neft mədənlərinə təhlükədir

Dünən məlumat yayıldı ki, Bakıda vəhabi təriqətinə qulluq edən insanların kütləvi şəkildə iş yerlərindən azad olunmasına başlanılıb. Bu barədə yayılan xəbərdə bildirilirdi ki, proses ilk olaraq xarici neft şirkətlərindən başlayıb. Belə ki, özəl və dövlət neft şirkətində mühafizə xidməti göstərən “Titan Securety Servis” şirkəti vəhabi təriqətinə mənsub olan mühafizəçilərini işdən azad edib:
“Vəhabilərə bir zərbə də bizim şirkətdən gəldi. “Ya işdən çıxın, ya təriqətdən”, – dedilər. Onlar da “təriqətdən çıxmağımız çətin və təhlükəlidir”, – dedilər və şirkət rəhbərliyi də hamısını işdən çıxartdı”. Xəbərdə qeyd olunur ki, artıq 15 nəfər işdən çıxarılıb. Məlumata görə, hakimiyyətə alternativ model təklif edən bu təriqət daşıyıcılarının normal yerdə çalışması maliyələşmələrinə yaranan imkan kimi dəyərləndirildiyindən, bu addımın atılması vacib sayılıb.
Bu gün isə sayta maraqlı bir informasiya daxil olub. Belə ki, Bakıda nurçulara məxsus olan bütün təhsil ocaqlarına rəsmən əl qoyan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin vəhabilərə eyni məhəbbətlə yanaşmadığını söyləyən məlumatlı mənbə iddia edir ki, ARDNŞ şefi vəhabilərlə bağlı xüsusi tapşırıq verib.
Mənbənin söylədikləri: «Birbaşa olaraq ARDNŞ rəhbərliyindən verilən təlimata uyğun olaraq neft şirkətinin bütün strukturlarında çalışan vəhabilərin siyahısının tutulmasına başlanılıb. Maraqlıdır ki, bu işi ARDNŞ Təhlükəsizlik İdarəsi deyil, ARDNŞ-in yerli həmkarlar ittifaqı həyata keçirir. Hər halda, zamanında MTN-də çalışmış ARDNŞ Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Əliyevin belə bir fəaliyyəti asanlıqla həyata keçirmə təcrübəsi olduğundan, hər kəs tapşırığın ona veriləcəyini təxmin edirdi.
Bir maraqlı məqam isə ondan ibarətdir ki, Rövnəq Abdullayev tərəfindən verilən təlimat əsasında əldə olunacaq işçi siyahısı birbaşa olaraq xüsusi xidmət orqanlarına veriləcək».
Mənbə iddia edir ki, bu, əslində vəhabilərin ARDNŞ-ə aid yerlərdə terror aktı törətmə ehtimalları ilə bağlı hərəkətlənmənin nəticəsi kimi də qəbul edilə bilər./dia/
1229 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı