Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Mart 2014

“Hakimiyyətin yeganə narahatlığı gənclərdir”

Milli Şura üzvü Eldəniz Quliyev açıqlamasında ölkə gəncliyinin hakimiyyət tərəfindən sıxışdırılmasının səbəblərinə aydınlıq gətirib. Gəncliyin hakimiyyəti təşvişə salan yeganə güc mənbəyi olduğunu bildirən E.Quliyev, müxalifətin mübarizəsinin uğursuz nəticələri haqqında da maraqlı fikirlər səsləndirib:
“Hakimiyyətin ənənəvi müxalifətdən nə çəkinəcəyi, nə də əsaslı qorxusu var. Hakim dairənin siyasi texnoqlarının yeganə narahatlığı əlbəttə ki, gənclərdir. Bu gün gənclərin əksəriyyəti yüksək təhsil alıb, bir neçə dil bilir və qəti surətdə hazırkı siyasi rejimin rəhbərliyi altında ömürlərini çürütmək istəmirlər. Ən qəribəsi isə gənclər ən ağır cəzadan- həbsdən çəkinmirlər, əksinə həbs oıunmağı bəzən şərəf sayırlar. Bu kreativ kəsim avtoritar hakimiyyəti təşvişə salır və istəsələr də, istəməsələr də gənclərin idealları ilə hesablaşmağa məcburdurlar. Onu qaralamaq, məhv etməyə sadəcə gücləri və iradələri çatmır. İkinci tərəfdən, bizlərdə də günah var, hətta bu günah bizlərdə kompleks də yaradır - biz babalarımızın tikib-qurduqlarını bizdən sonrakılara dağılmış, az qala xaraba vəziyyətə düşmüş, bir sözlə bərbad vəziyyətdə ötürürük. Bunu etiraf etməliyik. Etiraf etməliyik ki, biz bacarmadıq. Bu mənada, həm mövcud hakimiyyət, həm də hazırkı yaşlı demokratik kəsim gəncliyə borcludur. Məncə, hakimiyyətin də, müxalifətin də təşvişə düşməsinin əsas səbəbi budur”./yenixəbər/
1217 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber