Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Mart 2014

Salyanda müxalifətçini güllələyib üstündən maşınla keçdilər

Salyandakı özəl mənbələrindən olayla bağlı əlavə məlumatlar alınıb.
Hadisə Qaraçala kəndində baş verib. Aydın Xəlilov adlı kənd sakini bıçaqlanaraq qətlə yetirilib və meyiti elə öz maşınının salonuna qoyulub.
Qətlin səbəblərinə gəlincə isə mənbəmiz rayonda səslənən ən əsas versiyanı xatırlatdı: "Deyilənə görə, qətl namus məsələsi üstdə törədilib... Yəni bu qətlin mərhumun siyasi fəaliyyətinə heç bir aidiyyəti yoxdur."
Əlavə məlumatlar verməyə çalışacağıq.
***
KXCP üzvü Aydın Xəlilovun meyitini asfaltın üstündə sürüyüblər
Martın 4-də, günorta 14 radələrində Salyanda müxalifətçi Aydın Rafiq oğlu Xəlilovu vəhşicəsinə öldürüblər. Bu haqda "Yeni Müsavat”a məlumat verən mənbə deyib ki,
A.Xəlilovu yaşadığı Salyanın Qaraçala kəndindəki evindən naməlum şəxs çağırıb. Müxalifətçi həmin şəxsin gəldiyi qara rəngli "Prado”ya oturub və maşın Salyan- Şirvan istiqamətinə hərəkət edib. Evindən 500 metr aralandıqdan sonra Aydın Xəlilova bıçaq xəsarətləri yetirilib, odlu silahdan atəş açılıb. Meyitini Salyan- Şirvan yoluna ataraq üstündən bir neçə dəfə keçiblər. Paltarları maşının altına ilişən müxalifətçinin meyitini asfaltın üstündə sürüyüblər. Redaksiyamızı olay haqda bilgiləndirən mənbə deyib ki, qara "Prado”nun nömrə nişanları palçıqlı olduğundan kimsə onu görə bilməyib.
1965-ci il təvəllüdlü A.Xəlilovun kimin və niyə görə öldürməsinin səbəbi hələlik məlum deyil.
1177 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:12