Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Mart 2014

"Bölgəni cəhənnəmə çevirərik"

ABŞ bizə qarşı axmaqlıq etsə bölgəni cəhənnəmə çevirərik - İran Silahlı Qüvvələri müavini
Bunu İran silahlı qüvvələri baş qərargah sədrinin müavini general Məsud Cəzairi deyib

“Bölgədəki ABŞ qüvvələrinin hamısı İran qüvvələrinin torundadır”.

İnterAz–ın “Fars” agentliyinə istinadla verdiyi xəbərə görə, bunu İran silahlı qüvvələri baş qərargah sədrinin müavini general Məsud Cəzairi deyib.

O, ABŞ prezidenti Barak Obamanın son hədələyici bəyanatını işarə edərək onu gülünc sayıb.

“ABŞ prezidenti Barak Obama və dövlət katibi Con Kerri İrana qarşı hərbi seçimin həmişə gündəmdə və müzakirə obyektində olduğunu deyir. Amerikanın bölgədəki bütün qüvvələri İran İslam respublikasının torundadır. Əgər amerikalılar bir səhv etsələr, bölgə onlar üçün cəhənnəmə çevriləcək. Obamanın ABŞ qüvvələrinin bölgədəki sayı və təsiri ilə bağlı fikirləri düzgün deyil. Bunu ilin lətifəsi kimi başa düşmək olar. Artıq amerikalılar rəsmilərinin sözlərində tərəddüd edirlər.”
1213 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13:45