Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Mart 2014

Ukrayna XİN Rusiyadakı səfirini hələlik geri çağırmaq niyyətində deyil

Ukrayna XİN Rusiyadakı səfiri Vladimir Yelçenkonu məsləhətləşmələr üçün hələlik geri çağırmaq niyyətində deyil. “İnterfaks”ın verdiyi xəbərə görə, bu barədə Ukrayna XİN İnformasiya Siyasəti Departamentinin müdiri Yevgeni Perebiynis bildirib.

“Hələlik məsələ bu şəkildə qoyulmur. Biz hesab edirik ki, Rusiya tərəfi ilə təmas saxlamaq üçün bu gün Moskvada səfir Yelçenko kimi təcrübəli diplomatların olması çox vacibdir”, deyə Perebiynis bildirib.

Qeyd edək ki, Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabov məsləhətləşmələr üçün Moskvaya çağırılıb.
1307 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.05.17, 11:41
YENƏ İNTİHAR
25.05.17, 14:49
KARİKATURA
24.05.17, 10:09
Çaya HİL əlavə edin
24.05.17, 09:52
KARİKATURA
24.05.17, 09:48
YENƏ İNTİHAR