Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Mart 2014

Yasenyuk Moskva ilə dialoqa hazır olduğunu bəyan edib

Ukraynanın Ali Radası tərəfindən ölkənin baş naziri təyin olunan Arseni Yasenyuk bəyan edib ki, yeni hakimiyyət Moskva ilə dialoqun bərpası yollarının axtarışındadır.

“Ukrayna Rusiya Federasiyası ilə yeni ünsiyyət tərzinin qurulmasına hazırdır. Bu yeni ünsiyyət tərzinin mahiyyəti ondan ibarətdir ki, Rusiya Ukraynanın xarici siyasət kursunun seçimi ilə bağlı suveren hüququna hörmətlə yanaşmalıdır və seçim məlumdur – avropalı tərəfdaşlarımızla Assosiasiya sazişinin imzalanması”. “RİA Novosti”nin verdiyi xəbərə görə, bunu Arseni Yasenyuk ötən gün keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, iki hökumət səviyyəsində ilk təmaslar artıq yaradılıb. “Hələlik onlar çox zəif keçirilir, lakin ilk addımlar artıq atılıb”, deyə o vurğulayıb.
1209 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP