Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Oktyabr 2013

Saakaşvili: Mən Pinoçet deyiləm

“Biz 1 il ərzində Kutaisidə parlament binasını inşa edə bildik, yeni hökumət isə bu ərazini otlağa çevirdi”.

“Georgiya Online” saytının xəbər verir ki, belə bir bəyanatla Kutaisi şəhərində Gürcüstan prezidenti Mixail Saakaşvili çıxış edib.

“Bu hakimiyyətin yeganə planı var – prezident seçkilərini birinci turda bitirmək, sonra isə ilk səsvermədə parlamentin Kutaisidən Tiflisə köçürülməsinə nail olmaqdır”, - deyə o vurğulayıb.

Saakaşvili həmçinin özünü Çilinin sabiq rəhbəri Pinoçetə oxşatmadığını deyib: “Mən Pinoçet deyiləm və heç vaxt diktatura yaratmazdım. Mən dişlərimlə Kutaisini parlament şəhəri kimi müdafiə edirəm. İndi siz Kutaisinin parlament şəhəri kimi qalıb-qalmamasına qərar verməlisiniz”.
1730 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP