Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Mart 2014

“Əli Kərimliyə təzə ofis alacağam...”

Məmur qanunsuzluğunun növbəti aktı bu gün AXCP-nin ofis kimi icarə götürdüyü şəxsi evin sökülməsi olub.

Evin sahibi Azər Əsgərov söküntü ilə əlaqədar qəti etirazını bildirib və məhkəməyə verəcəyi ilə hədələyib.

“Mənim xəbərim olmadan şəxsi mülkiyyətimi sökməyə nə haqqınız var? Yazılı qərarınız hanı, siz kimsiniz?” - deyə Əsgərov əsəbi şəkildə binanı sökən fəhlələrdən soruşub.

Əsgərov jurnalistlərə bildirib ki, partlayışdan əvvəl onu hədələyiblər, həm də məhz partlayışla hədələyiblər. Əsgərov bildirib ki, Türkiyədə yaşayır və orada belə dəfələrlə hədələrlə qarşılaşıb.

Hədələrin arxasında nə durduğu haqqında suala cavabında o bildirib ki, bu, evi AXCP-yə icarə verdikdən sonra baş verib.

“Hakimiyyət AXCP-ni ofissiz qoymaq istəyirsə, mən yeni ev alacağam və yenə də AXCP-yə icarə verəcəyəm” - deyə hakim partiyanın keçmiş üzvü olan A.Əsgərov bildirib.

Öz növbəsində Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı və kommunal xidmət işçiləri “Turan”ın müxbirinə qəza vəziyyətində olmayan şəxsi evi hansı qərar və qanun əsasında sökdüklərini izah etməkdən imtina ediblər.

“Bizə danışmaq qadağandır” - deyə adını söyləməyən hakimiyyət nümayəndəsi bildirib.
1348 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı