Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Mart 2014

Krım rəhbərliyi martın 7-də Moskvaya səfər edəcək

Krım rəhbərliyi Rusiya Dövlət Duması ilə danışıqların aparılması üçün bu həftə Moskvaya səfər edəcək. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Muxtar Respublikanın Ali Şurasının spikeri Vladimir Konstantinov deyib.

“Dörd nəfərdən ibarət nümayəndə heyəti formalaşdırılıb. Martın 6-da Moskvaya yola düşəcəyik, martın 7-də isə həmkarlarımızla danışıqlar aparacağıq. Bütün məsələləri müzakirə etmək niyyətindəyik - dərman, ərzaq təminatı, humanitar məsələlər, maliyyə yardımı”, deyə Konstantinov bildirib.

Onun sözlərinə görə, həmçinin Krımın turizm sahəsinin fəaliyyəti müzakirə olunacaq.
1226 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber