Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Mart 2014

Suriyanın müxalifət qruplaşmaları İdlibdə xeyli itki veriblər

Suriyada müxalifətin islamçı qruplaşmaları İdlib əyalətində bir neçə nəzarət-buraxılış məntəqəsini ələ keçirsələr də, Hələbdə geriləyiblər və şəhərin bəzi bölgələrindəki müəyyən hissələr hökumət qüvvələrinin nəzarəti altına düşüb.

SalamNews-un Suriya İnsan Hüquqları Müşahidəçi Qrupuna (SİHMQ) istinadla verdiyi xəbərə görə, təkcə ötən gün İdlibdə gedən qarşıdurmalarda müxalifət qruplaşmaları 20-dən artıq itki veriblər.

Bildirək ki, qarşıdurmalar digər əyalətlərdə də baş verib. Ölkənin cənubunda yerləşən Dəra əyalətində silahlıların bir maşını hökumət ordusuna tuş gəlib. Nəticədə beş nəfər ölüb.

Qeyd edək ki, hazırda Suriyada davam edən qarşıdurmaların ən şiddətli və strateji əhəmiyyətlisi Livanla sərhəddə yerləşən əl-Qələmun yüksəkliklərindəki Yəbrud ətrafında aparılan döyüşlərdir.
1148 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 11:50