Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Mart 2014

“Partiya 8-ci dəfə qərargahından çıxarılır”

AXCP sədri Əli Kərimli “Azadlıq” radiosuna partiyanın Bakıdakı mərkəzi qərargahında baş verən partlayışdan danışıb. O bildirib ki, əvvəldən bu hadisənin təsadüf olmasına şübhə edib: “Bilirdim ki, hakimiyyət Xalq Cəbhəsinin normal fəaliyyətinə dözməyəcək. Xocalı faciəsini anma günü hakimiyyətin bizimlə konfliktinin yeni mərhələsi başladı. Milli Şuranın ziyarətə izdihamlı şəkildə getməsi, gənclərin “Şəhidlər ölməz, vətən bölünməz” kimi şüarlar səsləndirmələri kimlərisə narahat etdi və üstümüzə polis göndərdilər. Bu baxımdan qərargahda partlayış baş verəndə bunun təsadüf olmadığını düşündüm.

Partlayışdan sonra hökumətin atdığı addımlar və binanın mülkiyyətçisi Azər Əsgərovun verdiyi açıqlamalar hadisənin təsadüf olmadığı barədə şübhələrin əsassız olmadığını ortaya qoydu. Binanın mülkiyyətçisi bildirdi ki, onu bu məsələyə görə hədələyiblər. Deyiblər ki, binanı AXCP-yə icarə verməkdən imtina etməsə, oranı ya partladacaqlar, ya da yandıracaqlar. Bundan əlavə martın 4-ü səhər tezdən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qərargaha sərəncamla gəldilər ki, bina təcili sökülməlidir. Zirzəmidəki partlayışın gücü aşağı olmuşdu, sadəcə, bir az təmirə ehtiyac yaranmışdı. Ancaq səhər saat 9-dan dirəniblər ki, bina sökülməlidir.

Mülkiyyətçi Azər Əsgərov bu məsələ ilə əlaqədar telefon danışıqlarını yazıb. O, səs yazısı olan diskləri jurnalistlərə paylayıb. Azər bəy hakimiyyəti ifşa edir. Məhz onun prinsipial mövqeyi nəticəsində hökumətin bizə qarşı qurduğu oyun mənasız oldu. Onsuz da bu hakimiyyət məhkəmədən, qanundan qorxmur. Deyir qanun da, məhkəmə də mənəm. İstəsəydilər, bizi 2006-cı ildə olduğu kimi qərargahdan çıxarardılar. Amma guya bu dəfə texnologiya tətbiq etdilər. Belə rəy yaratmağa çalışdılar ki, guya Xalq Cəbhəsini özləri çıxarmır qərargahdan. Guya elə situasiya yaranır ki, biz onun nəticəsində qərargahdan çıxırıq. Amma daha pis alındı. Məlum oldu ki, bizi qərargahdan çıxarmaq üçün cinayət törədiblər. Xüsusi mülkiyyət olan bir binanı partladıblar. Ona görə əminliklə “partladıblar” deyirəm ki, binanın mülkiyyətçisini bu barədə xəbərdar ediblər. Binanı partladacaqlarını, yandıracaqlarını deyiblər”.

AXCP sədri qeyd edib ki, partiya 8-ci dəfə qərargahından çıxarılır: “Bunun 5-i Əliyevlər hakimiyyətinin dövrünə düşür. Bundan əvvəl 2011-ci ildə bizi qərargahsız qoydular. Heç orada yerləşə bilmədik. Təzəcə müqavilə bağlamışdıq mülkiyyətçi ilə. Xırda təmir işləri aparılırdı. Xəbər tutdular və gəlib qərargahın qapısına qaynaq vurdular. Hələ də o qaynaq durur. Heç mülkiyyətçiyə də binadan istifadə etməyə imkan verilmir”.
1314 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:55