Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Mart 2014

Rusiya qazından asılı olan ölkələrin siyahısı

Rusiya ilə Ukrayna arasında yaranmış siyasi gərginlik istər-istəməz hərbi-iqtisadi məsələləri də gündəmə gətirir: Rusiya yaxın qonşusuna hansı təzyiqləri göstərə bilər? Hərbi sahədə bu sualın cavabı daha aydındır. Bəs iqtisadi sahədə necə?

2009-cu ildə iki ölkə arasında baş vermiş qaz böhranını xatırlayaq. Moskva Ukraynanı Avropa üçün nəzərdə tutulan qazı qanunsuz olaraq özünə götürməkdə günahlandırmışdı. Həmin ilin yanvarında Rusiyanın Ukraynaya qaz təchizatını dayandırması bu ölkəni ciddi böhranla üzləşdirmişdi. İndiki qarşıdurma da Ukraynada, bütövlükdə Avropada qaz təchizatı ilə bağlı böhrana gətirib çıxara bilərmi? Məlumdur ki, bir xeyli Avropa ölkəsinin də rus qazından önəmli asılılığı var.

Hələlik bu kimi suallara qəti cavab vermək olmur.

Almaniya - ildə 30 milyard kubmetr

Ukrayna - ildə 29.8 milyard kubmetr

Türkiyə - ildə 24.5 milyard kubmetr

Belarus - ildə 18.3 milyard kubmetr

İtaliya - ildə 13.6 milyard kubmetr

Polşa - ildə 9 milyard kubmetr

Belçika - ildə 7.3 milyard kubmetr

Çexiya - ildə 6.6 milyard kubmetr

Macarıstan - ildə 4.8 milyard kubmetr

Avstriya - ildə 4.7 milyard kubmetr

Slovakiya - ildə 3.8 milyard kubmetr

Finlandiya - ildə 3.1 milyard kubmetr

Yunanıstan - ildə 2.3 milyard kubmetr

Hollandiya - ildə 2.1 milyard kubmetr

Digər Avropa ölkələri - ildə 10.9 milyard kubmetr

Keçmiş SSRİ ölkələri - ildə 7.9 milyard kubmetr.
1243 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...