Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Mart 2014

Salyandakı dəhşətlə bağlı hələ heç kim saxlanılmayıb

Dünən Salyanda işgəncə ilə öldürülən Aydın Xəlilovun qatilləri hələ tapılmayıb

Salyan rayon Polis Şöbəsindən verilən məlumata görə, cinayət hadisə ilə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir. Polis şöbəsindən bildirilib ki, hələlik qətldə günahkar şəxs və ya şəxslərin tapılması mümkün olmayıb.

Xatırladaq ki, martın 4-də saat 14.30 radələrində Salyanda Aydın Rafiq oğlu Xəlilovu vəhşicəsinə qətlə yetirilib. Şahidlərin açıqlamasına görə, mərhum şəxsin gəldiyi qara rəngli “Toyota – Prado” markalı avtomobilinə əyləşib.

Avtomobil Salyan-Şirvan istiqamətinə hərəkət edib. Evindən 500 metr aralandıqdan sonra Aydın Xəlilova bıçaq xəsarətləri yetirilib, odlu silahdan atəş açılıb. Sonra onun meyitini sürüyüblər, üstündən avtomobillə keçiblər./aznyus/
1275 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 11:50
Azərbaycanın Ərbə