Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Mart 2014

İran 4 növ yeni ballistik raketi ölkə Silahlı Qüvvələrinə təhvil verib

İranın Müdafiə Nazirliyi yerli hərb sənayesinin istehsalı olan yeni ballistik və havadan müdafiə sistemlərini ölkənin Silahlı Qüvvələrinə təhvil verib.

SalamNews-un “İrna” agentliyinə istinadla verdiyi xəbərə görə, “Qədr”, “Qiyam”, “Fateh” və “Fars Körfəzi” adlı ballistik raketləri, habelə “Mirsad” adlı havadan müdafiə raket sistemi İnqilab Keşikçiləri Korpusu (Sepah) və Xatəmul-Ənbiya havadan müdafiə qərargahının ixtiyarına verilib.

Strateji silahların təhvil verilmə mərasimində iştirak edən İranın müdafiə naziri general Hüseyn Dehqan ölkəyə qarşı tətbiq edilən sanksiyaların əhəmiyyətsiz olduğunu, lakin bu sanksiyalara baxmayaraq, hərb sənayesinin öz ayaqları üstündə durduğunu bəyan edib.


1297 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi
15.08.17, 08:45