Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Mart 2014

Ali Məhkəmə Taleh Bağırovun şikayətinə baxacaq

İlahiyyatçı Taleh Bağırov haqda Bakı Apellyasiya Məhkəməsinin ilkin baxışından verilən kassasiya şikayətinə martın 19-da baxılacaq. Ali Məhkəməyə verilən şikayətdə Bakı Apellyasiya Məhkəməsinin işə məhkəmə istintaqı aparılaraq baxılması tələb edilir. Vəkil Cavad Cavadlı “Media forum”a bildirib ki, proses İlham Cəfərovun hakimliyi ilə keçiriləcək.

Taleh Bağırov ötən il martın 31-də tutulub. Noyabrın 1-də Sabunçu Rayon Məhkəməsi onu qanunsuz narkotik vasitə saxlamada təqsirli bilərək 2 il müddətinə azadlıqdan məhrum edib.

Bakı Apellyasiya Məhkəməsinə şikayətdə bu hökmün ləğvi istənilir. /Media forum/
1534 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber