Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Mart 2014

Ərdoğan: "Səs yazıları montajdır"

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan yerli media nümayəndələri ilə bir araya gələrkən internetdə yayılmış və ona aid olduğu iddia edilən audioyazılara münasibət bildirib. Ərdoğan həmin səs yazılarının montaj olduğunu bir daha vurğulayıb.

"Hazırda bir çox qəzet, televiziya və internet səhifələri hüququ və vicdanı ayaq altına atıb, montaj edilmiş səs yazılarını yayımlayırlar. Yayımlanan dinləmələr qanuni dinləmələr deyil. Dünyanın heç bir yerində Baş naziri, prezidenti, Baş qərargah rəisini və nazirləri dinləyə bilməzsiniz.

Gizli sənədlərdə yer alan dinləmələr vətəndaşları, müstəntiqlər isə qanunu əzib keçmişdir", - Rəcəb Tayyib Ərdoğan belə deyib. Onun sözlərinə görə, hazırda Türkiyə hüquqların kobud şəkildə pozulması və xəyanətlə qarşı-qarşıyadır./ans/
1282 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP