Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Mart 2014

Bakıda yol polisinin qanunsuz hərəkəti (Foto)

Əməkdaşımız martın 3-də Bakıxanov küçəsində yerləşən körpünün yaxınlığında Dövlət Yol Polisi əməkdaşlarının maraqlı əməliyyatının şahidi olub. Həmin ərazidə avtomobillərin hərəkətinin çətinləşdiyi vaxtda biri mülki, digəri isə DYP-yə məxsus iki avtomobilin “Hyundai” markalı minik maşınının necə saxladıqlarının şahidi olub. 


“Hyundai” markalı avtomobili 90 MM 711 dövlət nömrə nişanlı şəxsi istifadədə olan “Toyota Prado” markalı minik maşını qovub. Bu zaman “Hyundai”ya əks istiqamətdə gələn DYP-yə məxsus 10 YP 470 nömrəli xidməti avtomobil adıçəkilən maşının qarşısını kəsərək, onu saxlayıb. 

“Toyota Prado”dan düşən mülki geyimli şəxs “Hyundai”nın sürücüsündən sənədləri ona təhvil verməsini tələb edib. “Hyundai”nın sürücüsü isə həmin şəxsin mülki geyimli olduğunu əsas gətirərək, avtomobilin və öz sənədlərini bu adama verməkdən imtina edib.

470 saylı DYP avtomobilində xidmət aparan polis nəfəri “Hyundai”ya yaxınlaşdıqdan sonra sənədləri almaq mümkün olub.

Sonra isə bəlli olub ki, “Toyota Prado” markalı mülki avtomobilinin sürücüsü Qaradağ rayon Dövlət Yol Polisi şöbəsinin baş inspektoru Elşən Ağamalıyevdir.

Daha sonra isə 10 YP 470 nömrəli polis avtomobilinin də Qaradağ Yol Polisinə məxsus olması müəyyənləşib. Bu adamların hansı əsasla Yasamalda avtomobil saxlanması isə hələlik bəlli deyil.

Qeyd edək ki, polislərin qanunsuz əməlləri onların öz ərazilərindən kənar “xidmət” aparması ilə yekunlaşmır. Əvvəla “Hunadi”ı mülki avtomobillə qovublar. İkinci də həmin mülki avtomobil “əməliyyat” zamanı qadağan olunmuş, yüksək səsli “FİFA” siqnalından və göz qamaşdıran işıqlardan istifadə edib.

Qaradağ rayon DYP şöbəsindən AzNews.az-a sözügedən dövlət nömrəli polis avtomobilinin onlara məxsus olduğu təsdiqlənib. DYP-dən o da deyilib ki, 10 YP 470 nömrə nişanlı avtomobildə 4 DYP əməkdaşı xidmət aparır.

Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi bölməsi əməkdaşlarının niyə Yasamal rayonunda avtomobil saxlanmasına isə cavab almaq mümkün olmayıb.

Məsələ ilə bağlı Elşən Ağamalıyevlə əlaqə saxlamağa cəhd olunub. O, sualı eşidən kimi, telefonu söndürüb.

Hadisə vaxtı  çəkilən bir neçə fotonu təqdim edirik:

/aznyus/

1324 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı