Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Mart 2014

Bayılda bir binanın sakinləri evlərindən zorla qovulur

Səbayel rayonu, Mikayıl Müşfiq küçəsi, 15 ünvanındakı 9 mərtəbəli binanın sakinləri bu gün mətbuat konfransı keçirərək üzləşdikləri problemlərdən danışıblar.

Bina sakini Arzu Babayeva ötən ilin noyabrında FHN binanın qəzalı vəziyyətdə olduğunu deyəndən sonra rahatlıqları pozulub: Qamma bizə bu barədə heç bir akt göstərmədilər. Akt isə vizual baxışdan sonra tərtib olunubmuş”.

Bu cür aktlar “Eurovision-2012” müsabiqəsi ərəfəsində də tərtib edilibmiş. O vaxtdan etibarən Səbayel Rayon İcra Hakimiyyətinin nümayəndələri tez-tez binaya gələrək sakinlərdən köçməyi tələb ediblər. Sakinlərin dediyinə görə, polis də onlara təzyiq edir.

Bina sakinlərini sözlərinə görə, naməlum adamlar binadakı boş mənzillərə girərək divarları, döşəmə və tavanları dağıdır, bununla da binanın yaşayış üçün yararsız olması görüntüsü yaratmağa çalışırlar. Binanın çardağı artıq sökülüb. Yağış yağsa, 9-cu mərtəbədəki mənzillər su içində olacaq.

Bina sakinləri bu özbaşınalıqla bağlı bütün müvafiq instansiyalara müraciət etsələr də bunun xeyri olmayıb. Səbayel RİH işçiləri cavab olaraq binanın qazını, suyunu, işığını kəsməklə hədələyiblər.

Şikayətçilər deyirlər ki, məmurlr onlara hər kvadratmetr üçün 1500 manat kompensasiya təklif edirlər, amma onlar bu rəqəmlə razı deyillər. Onlar elə həmin rayonda - Bayılda mənzil istəyirlər.

Sakinlərin vəkili Emin Abbasov bu təzyiqlərlə bağlı 1 saylı Bakı İnzibat-İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə prosesi martın 13-nə təyin olunub./
1207 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat