Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Mart 2014

İlyas İsmayılova cavab verən yoxdur

Ədalət Partiyasının sədri, Milli Məclisin üzvü İlyas İsmayılovun deputatların vəzifə tutmasının qanuna zidd olduğu haqda Milli Məclisə ünvanlandığı müraciətinə (Deputat spikeri köməyə çağırdı) cavab verilməyib. Partiya sədrinin müavini Mütəllim Rəhimli “Media forum”a bildirib ki, artıq müraciətdən bir ay ötməsinə baxmayaraq heç bir reaksiya yoxdur.

İlyas İsmayılov bir müddətdir dövlət rəsmilərinə davamlı müraciətlər edir. Deputat bildirir ki, Azərbaycan Konstitusiyasının 85-ci maddəsi icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslərin Milli Məclisinə deputat seçilməsini yasaqlayır: “Bu gün Milli Məclisdə bəzi deputatlar icra sistemində və başqa yerlərdə ödənişli fəaliyyətlə məşğul olur, bəziləri hətta, iki və daha artıq vəzifə tuturlar. Bunlar universitet rektorları, səhmdar cəmiyyətlərinin, dövlət şirkətlərinin rəhbərləri, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslərdir”.

Partiya sədri dövlət orqanlarında vəzifə tutan, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olan deputatları (20-dən çox deputat yüksək vəzifə tutur) mandatdan məhrum etməyə çağırır.

İlyas İsmayılov 1938-ci ildə anadan olub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini, Leninqrad Dövlət Universitetinin aspiranturasını bitirib. Hüquq elmləri doktoru, professordur.

1985-ci ildən 1990-cı ilə kimi Azərbaycanın baş prokuroru, 1992-ci ildən 1994-cü ilədək ədliyyə naziri olub. 2005-ci ildən Milli Məclisin deputatıdır.
1352 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat