Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Mart 2014

Uqo Çavezin ölümündən 1 il keçdi

Bu gün Venesuelada ölkənin sabiq prezidenti Uqo Çavezin vəfatının ildönümünə həsr olunmuş anım tədbirləri keçiriləcək.
Venesuelanın hazırki prezidenti Nikolas Maduro öz Twitter səhifəsində qeyd edib ki, səhər saat 11:00 radələrində paytaxtda mərhum prezidentin xatirəsinə həsr olunmuş hərbi parad keçiriləcək. Günün ikinci yarısında isə Çavezin qəbrinin yerləşdiyi İnqilab muzeyində təntənəli mərasim təşkil olunacaq. Mərasimdə həmçinin, amerikalı rejissor Oliver Stounun “Uqo mənim dostumdur” sənədli filmi nümayiş olunacaq. Çavezin vəfatının ildönümü mərasiminə Latın Amerikası ölkələrindən bir sıra yüksək vəzifəli şəxslər də dəvət alıb.
Qeyd edək ki, Uqo Çavez 2013-cü ilin martın 5-də uzun sürən xərçəng xəstəliyindən sonra, 59 yaşında vəfat edib./islaminsesi/
1347 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:41