Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Mart 2014

Mingəçevir su anbarından qadın meyiti tapılıb

Mingəçevir şəhərində 75 yaşlı qadın suda boğularaq ölüb

Mingəçevir şəhər Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün baş verib. Şəhər sakini 75 yaşlı Həsənova Rəfiqə Əsəd qızının meyiti Qaradağ su kanalında Su Elektrik Stansiyasının əməkdaşları tərəfindən aşkarlanıb. Hadisə yerinə çağırılan Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin Mingəçevir Aran Regional Dalğıc qrupu tərəfindən meyit sudan çıxarılıb. Məlumata görə, R. Həsənova ruhi xəstə olub və iki dəfə intihara cəhd edib.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda araşdırma aparılır./apa/
1154 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber