Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Mart 2014

Qaza vurulan adarant maddəsi bir nəfəri öldürdü

Lökbatan qəsəbəsində vəfat edən qadının meyiti ailəsinə təhvil verilib

Qaradağ rayonu, Lökbatan qəsəbəsində qazdan zəhərlənərək vəfat edən 45 yaşlı Natalya Məmmədovanın meyiti ailəsinə təhvil verilib.

Qaza vurulan adarant adlı maddədən təsirlənən qəsəbə sakini, 45 yaşlı Natalya Məmmədovanın halı qəfil pisləşib. Ailə üzvləri dərhal təcili tibbi yardım çağırıblar. Lakin qadının həyatını xilas etmək mümkün olmayıb.

Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Lökbatan qəsəbəsində yerləşən 15 saylı köməkçi Yardım Stansiyasından bildirilib ki, N. Məmmədovanın qazdan zəhərlənməsindən və ya başqa bir xəstəlikdən dünyasını dəyişdiyi ekspertizanın nəticələri bəlli olduqdan sonra müəyyənləşəcək./apa/
1284 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 20:11