Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Mart 2014

50 MP kameralı telefon

Şirkət "Find 7" modelini martın 19-da təqdim edəcək

Çinin mobil telefon istehsalçısı Oppo "Find 7" modeli ilə bütün texnologiya aləmində səs doğurub.

Smartfon istehsalçıların meqapikel yarışına OPPO da qoşulub. Belə ki, şirkət 50 MP dəyərində olan "Find 7" modelini təqdim etməyə hazırlaşır.

Ötən il Nokia "Lumia 1020" modeli 41 meqapiksel kamerası ilə zirvədə idi, "Oppo"nun 50 MP-lik istehsalından sonra bu il şirkətlər arasında rəqabətin artacağı gözlənilir.

Şirkət "Find 7" modelini martın 19-da təqdim edəcək.

Qeyd edək ki, "Weibo" sosial şəbəkəsində Oppo "Find 7" smartfonu ilə çəkildiyi iddia olunan bir şəkil yerləşdirilib. Şəklin ölçüsü 8160x6120 pikseldir. Bu isə smartfonun kamerasının ən az 50MP dəyərində olmasını sübut edir.
1462 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP