Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Mart 2014

Xərçəng şişini dondurmaq mümkün oldu

Dərmanın orqanizmə təsirini 107 nəfər pasient üzərindəki sınaqdan sonra öyrənmək olub.
Nivolumab adlı dərman vasitəsinin sınağı başa çatıb. Rusiya mətbuatı bildirir ki, bu dərman böyüyən melanomaya qarşı mübarizə üçün nəzərdə tutulub. Dərman orqanizmin immun sistemindən istifadə edərək yeni xərçəng hüceyrələrini məhv edir və şişin artmasının qarşısını alır.
Tədqiqatın müəllifi olan Con Hopkins Universitetinin onkoloji mərkəzindən bildiriblər ki, immun sistemi ilə şiş arasındakı balansı nizamlayaraq tarazlıq yaratmaq mümkündür. Məqsəd orqanizmin xərçəng şişi ilə "sülh şəraitində" yaşamasını təmin etməkdir. Belə vəziyyətdə orqanizm uzun müddət yaşaya bilər.
Dərmanın orqanizmə təsirini 107 nəfər pasient üzərindəki sınaqdan sonra öyrənmək olub.
Bəzi şişlər elə molekullar yaradırlar ki, onlar immun sisteminin şişi taparaq məhv etməsinə mane olur. Nivolumab isə bu cür molekulların neqativ təsirinin qarşısını alır və immun sistemi anomaliyalara qarşı çıxa bilir.
Tədqiqatlarda iştirak edən bütün könüllülər dəri xərçəngi olan melanomadan əziyyət çəkirdilər. Onların 80%-də şiş metastaza vermiş və digər orqanlara da yayılmışdı.
1442 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber