Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Mart 2014

06 martda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Martın 06-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 5-7, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Martın 06-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, lakin gecəyə doğru bəzi şimal rayonlarından başlayaraq yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 3-8, gündüz 14-19, bəzi yerlərdə 22 dərəcəyədək isti, dağlarda gecə 3-8, gündüz 9-14, bəzi yerlərdə 17 dərəcəyədək isti olacağı gözlənilir.
1576 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber