Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Mart 2014

Yerdə asteroid həyəcanı

Bir gün ərzində Yerin yaxınlığından üç səma cismi keçəcək
Amerika astronomları bir neçə saat sonra Yerin mərkəzindən 340 min kilometr məsafədən keçəcək 30 metrlik asteroid aşkarlayıblar.
Asteroid fevralın 6-da Bakı vaxtı ilə saat 01.07-də keçəcək. Alimlər həm də Yerə daha yaxın məsafədən keçəcək daha iki asteroid aşkarlayıblar.
Rusiyanın Keldış adına Tətbiqi Riyaziyyat İnstitutunun əməkdaşı Leonid Yelenin bildirib ki, Qrinviç vaxtı ilə saat 03.00-də planetin yaxınlığından bir qədər kiçik - diametri 10 metr olan asteroid Yerin mərkəzindən 170 min kilometr aralı hərəkət edəcək.
Həmçinin Amerika alimlərinin aşkarladığı 5 metrlik asteroid fevralın 6-da Qrinviç vaxtı ilə 21.25-də Yerin mərkəzindən 62 min kilometr məsafədən keçəcək./ans/
1436 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 17:35