Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Mart 2014

İraq şiələrinin narkoman edilməsi fitnəsi!

Nəcəf Əşrəf gömrüyünün müdiri polkovnik Abbas Məhdi Abbas əl-Əllaq Nəcəf aeroportunda 24 kq narkotik maddə olan tiryək ələ keçirdiklərini bildirib.
Nur-az.com-un ShiaOnline-a istinadlı məlumatına əsasən, o deyib: Dünən gömrük əməkdaşları Türkiyə pasportu ilə Nəcəfə gəlmiş şəxsin yükündən şübhələnib və dəqiq araşdırma nəticəsində onun yükündə 24 kq tiryəkin olduğu məlum olub. Həmin şəxs qaçaqmalçı qismində həbs edilib.
Bundan əlavə, son 48 saatda Səmavə şəhəri yaxınlığında 2 kq güclü dozalı həşiş də aşkarlanıb.
Narkotik maddənin üzərindən Səudiyyə Ərəbistanının bayrağı üzərində olan qılıncların şəkili də aşkarlanıb.
Qeyd edək ki, bu iki hadisənin ortaq cəhəti kimi İraq şiələrini narkotik vasitələrə aludə etmək siyasəti güdüldüyü bildirilir. Pərdənin arxasından isə, iki şiə düşməni olan Türkiyə və Səudiyyə Ərəbistanı ölkələrinin barmağı sezilir.
1352 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP