Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Mart 2014

Rəsmi Tehran yekun nüvə razılaşmasının əldə edilməsi üçün şərtlərini açıqlayıb

Rəsmi Tehran ölkənin nüvə məsələsi ilə bağlı şərtlərini açıqlayıb.

SalamNews–un "Fars" agentliyinə istinadla verdiyi xəbərə görə, İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki (MAQATE) nümayəndəsi Rza Nəcəfi Agentliyin iclasında çıxışı zamanı ölkəsi və “Altılığın" yekun nüvə razılaşmasının əldə edilməsi istiqamətində gördükləri işlərə toxunub və rəsmi Tehranın tələb etdiyi əsas dörd şərti irəli sürüb.

Bildirilib ki, yekun razılaşmanın əldə edilməsi üçün İranın nüvə məsələsi BMT TŞ-in, MAQATE-nin Hakimlər Şurasının gündəmindən çıxarılmalı, bu ölkəyə qarşı tətbiq olunan bütün sanksiyalar götürülməli və dinc nüvə fəaliyyəti üzrə beynəlxalq əməkdaşlıqlara start verilməlidir.

Bildirək ki, hazırda Avstriyanın paytaxtı Vyanada İran və “Altılığın" nüvə ekspertləri texniki danışıqları davam etdirirlər.
1335 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
<