Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Mart 2014

Hakimiyyətin “inkişaf nağılları” necə faş olur?

İqtidar nümayəndələri fərqinə varmadan özlərini ifşa edirlər

Azərbaycan hakimiyyətinin ölkədə analoqu olmayan inkişaf barədə səsləndirdiyi fikirlər elə iqtidar nümayəndələri tərəfindən təkzib olunur. Dəfələrlə olub ki, istər YAP-çı deputatlar, istərsə də hakimiyyətə yaxın şəxslər fərqinə varmadan analoqu olmayan inkişaf barədə səslənən iddiaları alt-üst ediblər. Milli Məclisin son iclasında deputat Zahid Orucun çıxışı da bu qəbildəndir.

Zahid Oruc keçmiş nazirlər Füzuli Ələkbərov və Səfər Əbiyevi tənqid edib. Deputat Füzuli Ələkbərov barədə deyib ki, o, cəfəngiyyatla məşğul olub. Səfər Əbiyevə gəlincə, Zahid Oruc bildirib ki, keçmiş müdafiə kabinet naziri olub, kreslosundan durub bir hərbi hissəyə getməyib.

Füzuli Ələkbərov 7 il əmək və əhalinin sosial müdafiəsi naziri olub. Səfər Əbiyev isə 18 il müdafiə naziri postunda əyləşib. Həm Müdafiə Nazirliyi, həm də Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi sıradan bir qurum deyil. Lakin məlum olur ki, uzun müddət bu qurumların rəhbərliyində səbatsız şəxslər çalışıb. Bu halda hansı analoqu olmayan inkişafdan söhbət gedə bilər? Ən əhəmiyyətli sahələrdə ciddi nöqsanlar varsa, analoqu olmayan inkişafdan danışmaq hansı məntiqə sığır?/azadlıq/
1271 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:37