Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Mart 2014

“Artıq Allahı da unutmusunuz”

Əli Kərimli od püskürdü: “Artıq Allahı da unutmusunuz”
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli partiya üzvlərinin həbsinə münasibət bildirib.

O, fikirlərini özünün facebook səfhəsində paylaşıb: “İndi də adam oğurluğuna keçiblər... Gənclər Komitəsi İdarə Heyətinin üzvü Türkel Azərtürk (Əlisoy) dünəndən oğurlanıb, heç yerdən tapılmır. Özünün son statuslarının birində Türkel yazıb ki, Bakı Şəhər Baş Polis İdarəsində çalışan polkovnik-leytenant Nəzər Əsgərov tərəfindən 5-6 il müddətinə həbs ediləcəyi ilə hədələnib.

Təsəvvür edin, 20 yaşlı bir gəncin valideynləri, dostları bir sutkadır onu tapa bilmir, heç bir dövlət orqanı onunla bağlı məlumat vermir...”.

AXCP sədri sonda məmurları Allahı unutmamağa çağırıb: “Artıq Allahı da unutmusunuz, unutmasaydınız, mütləq ədalətə inanardınız. Özünüzün, övladlarınızın başına gəlməsini istəmədiyiniz əməlləri başqalarının övladlarının başına gətirməyin!”
1259 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber