Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Mart 2014

“Qafqaz İslam Əmirliyi” ərəb ölkələrinə səfir təyin edir

“Qafqaz İslam Əmirliyi” öz varlığını elan etdikdən sonra, indi də ərəb ölkələrinə səfir təyin etməklə məşğuldur.
Nur-az.com-un ABNA-ya istinadlı məlumatına görə, bu haqda Şimali Qafqaz və Cənubi Qafqazda yerləşən təkfirçi və terrorçu cərəyanların mərkəzi saytında məlumat yerləşdirilib. Özlərini “Qafqaz İslam Əmirliyi” kimi adlandıran qrup Qafqaz regionunda illərlə apardıqları mübarizə və “Qafqaz İslam Əmirliyi”nin təsis edilməsinə müvəffəq olduqları haqqında statistik məlumat yerləşdirmişlər. Onlar Səlim əl-Qafqaz adlı bir şəxsi bu əmirliyin xarici əlaqələr komitəsinin məsul şəxsi kimi regionun ərəb ölkələrinə səfir təyin etdiklərini açıqlayıblar.
Qeyd etmək lazımdır ki, Qafqazın təkfirçi terrorist qruplaşmaları Çeçenistan müharibəsi zamanı Səudiyyə Ərəbistanının himayəsi ilə özlərinə maddi və diplomatik dəstək qazana bildilər. Onlar Rusiya, Gürcüstan və Azərbaycanda müxtəlif hərbi əməliyyatlar keçirmişlər.
Onların son addımı isə, öz işlərinə rəsmi status qazandırmaq və regionun ərəb ölkələrinin himayəsindən yararlanmaq planını göstərir.
1330 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 11:55