Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Mart 2014

Krım parlamentindən Rusiyaya qoşulmaqla bağlı qərar

RİA Novosti xəbər verir ki, Krım parlamenti Rusiyaya qoşulmaq qərarını verib. Qərar 78 deputatın səsindən sonra qəbul olunub. Bu barədə Krımın baş nazirinin birinci müavini Rüstəm Temirqaliyev məlumat verib.

Parlament deputatlarından biri Ali Şura binası önündə toplaşanlara müraciət edərək deyib:
“Rusiya Federasiyasının bir hissəsi olmaq qərarını verdik. Bununla yanaşı 16 martda referendum da keçiriləcək. Krım sakinlərindən Rusiya Federasiyasına qoşulmaq istəyib-istəmədikləri soruşulacaq”.

Ali Şura Krımın Rusiyaya qoşulması prosesinə başlamaq üçün Rusiya hökumətinə müraciət edəcək.

Krım parlament binasının önünə əllərində Rusiya və Krımın bayraqları olan bir neçə min adam toplaşıb.
Martın 16-da keçiriləcək referendumda müzakirə olunacaq ikinci məsələ isə 1992-ci il konstitusiyasının bərpası olacaq./hafta/
1329 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 20:14