Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Oktyabr 2013

"Gizli saxlamağa heç bir səbəb yoxdur"

Həsən Ruhani: “İran nüvə fəaliyyətlərini dünya ictimaiyyətindən gizli saxlamağa heç bir səbəb görmür”

İran prezidenti Həsən Ruhani oktyabrın 15-16-da Cenevrə şəhərində rəsmi Tehranla “altılıq” ölkələri arasında keçirilmiş növbəti nüvə müzakirələrindən danışıb.

APA-nın İran prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, H. Ruhani deyib ki, İran “altılıq” ölkələri ilə nüvə müzakirələrində qarşılıqlı etimad mühiti yaratmaq istəyir: “Cenevrə müzakirələrində hər iki tərəf İranın nüvə məsələsində keçmişdə tətbiq edilmiş üsulun kafi olmadığı qənaətinə gəldilər. Ona görə də qarşılıqlı müzakirə üçün daha əlverişli üsulların tapılması məsələsində razılıq əldə etdilər”.

İran prezidenti vurğulayıb ki, hazırkı şərtlərdə “qələbədən məğlubiyyətə” qaydası tamamilə uğursuzluğa düçar olub: “Artıq hər kəsin “qələbədən qələbəyə” üsulunun üzərində dayanması lazımdır. İranda bununla bağlı lazımi siyasi iradə də mövcuddur”.

H. Ruhani, həmçinin İrana qarşı birtərəfli sanksiyaları tənqid edib: “Rəsmi Tehran qanunlar çərçivəsində olduğu özünün nüvə fəaliyyətlərini dünya ictimaiyyətindən gizli saxlamağa heç bir səbəb görmür”.
1849 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi