Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Mart 2014

“Nurçu savaşı” Ramiz Mehdiyevin komandasını parçalayıb

İlham Əliyev bu məsələ ilə bağlı Türkiyədəki seçkilərin nəticələrini gözləyir

İqtidarkı “nurçu savaşı” davam edir. Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanovla, prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədovun nurçularla bağlı olması barədə məlumatlardan sonra daha gərginləşən bu savaşla bağlı redaksiyamıza yeni məlumatlar daxil olub.
Məlumatlarda bildirilir ki, Elnur Aslanov və Fərhad Məmmədov onlarla bağlı xəbərlərin Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov tərəfindən mətbuata ötürülməsi barədə şübhələrində israr edir. Onlar tələb edir ki, şöbə müdirinin bu hərəkətləri ilə bağlı tədbir görülsün. Əli Həsənov isə öz növbəsində ittihamları rədd edir və qarşı tərəfin ona qarşı kampaniya apardığını bildirir. Məlumat üçün deyək ki, həm Elnur Aslanov, həm də Əli Həsənov Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin komandasının üzvü sayılır. Amma maraqlıdır ki, Ramiz Mehdiyev tərəfləri barışdırmağa həvəsli görünmür. Bəzi iddialara görə, bu, PA rəhbəri ilə konfliktdə olan Paşayevlərin Elnur Aslanova dəstək verməsilə əlaqədardır. Yəni, Paşayevlər bu savaşda Əli Həsənovun məğlub duruma düşməsinə çalışır. Bu isə Ramiz Mehdiyevdə Elnur Aslanovun əks cəbhəyə keçməsi barədə müəyyən şübhələr yaradıb.
Məlumatlarda həmçinin bildirilir ki, ölkə başçısı Ilham Əliyev də nurçularla bağlı məsələyə qəti mövqe bildirməyə tələsmir. Bildirilir ki, ölkə başçısının gözləmə mövqeyi tutmasının səbəbi Türkiyədəki seçkilərlə əlaqədardır. Yəni, Ilham Əliyevin mövqeyi seçkilərin nəticəsinə uyğun olacaq. Əgər Ərdoğan seçkidən qalib çıxarsa, o zaman Azərbaycanda nurçulara hücum şiddətlənə bilər./azadlıq/
1444 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...