Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Mart 2014

AXCP-nin qərargahı tamamilə söküldü Foto

AXCP-nin Nərimanov rayonunda yerləşən qərargahında (Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi 8) baş verən müəmmalı partlayışdan sonra bina söküldü. Səbəb kimi partlayışdan sonra binanın qəzalı olduğu bəhanəsi gətirildi. Nəticədə AXCP partiya üzvlərinin ianələri hesabına icarəyə götürüldüyü qərargahdan məhrum edildi. Ancaq baş verənlərdə diqqət çəkən daha bir məqam AXCP-yə icarəyə verilən binanın sahibi Azər Əsgərovun mətbuata açıqladığı faktlardır. O, “Azadlıq”a verdiyi müsahibəsində də bəzi ilginc məqamlara toxunub. Bildirib ki, qərargahı AXCP-dən öncə ACP-yə  kirayə verəndə Fövqalədə Hallar Nazirliyində (FHN) şöbə rəisi işləyən qardaşı ona məsləhət görüb ki, ofisdən onları çıxartsın. Bundan imtina edən Əsgərova daha çox təhdidlər binanı AXCP-yə kirayə verəndə baş verib. Qardaşının səs yazısını mediaya təqdim edən Azər Əsgərovun sözlərinə görə, Türkiyədə də onu Fövqalədə Hallar naziri Kəmaləddin Heydərovun və onun müavini orucəli Hacıyevin iş ortaqları onu və ailəsini təhdid ediblər.

Dünən sözügedən ünvana yollandıq. Qərargah yerlə yeksan edilmişdi. Tar-mar edilən binanın mərkəzində buldozer işləksiz vəziyyətdə idi. Ətrafdakı sakinlərdən öyrəndik ki, qərargahın söküntüsünə start verilən gün ərazidəki üç ailədə evlərindən çıxarılıb. Onlar bir müddət kirayədə qalacaqlar. Daha sonra isə mənzillə təmin olunacaqlar.

FHN-in rəsmi məlumatında deyilir ki, zirzəmidə qaz balonlarının və üzərində rezin boru birləşməsinin olduğu qaz avadanlığının aşkar edilməsi, həmçinin onların üzərində dağılma və parçalanma izlərinin mövcud olması partlayışın məhz həmin qaz avadanlıqlarından düzgün istifadə edilməməsi nəticəsində baş verdiyini göstərir.

Azər əsgərov isə FHN-in bu məlumatını inkar edir. Deyir ki, zirzəmidəki partlayış qaz balonundan deyil. Onun fikrincə ora dinamit qoyulub.

“Müstəqil mütəxəssislər gəlsin aydınlaşdıraq. Mən 40 ilin inşaatçısıyam. Oranı elə tikmişəm ki, onun altına atılan dinamiti 5-10 dəfə artıq etsəydilər də, bina çökməyəcəkdi. Binanı alanda örtük taxtadan idi. Kəmaləddin Heydərovun mütəxəssisləri yazıblar ki, taxta örtüyün üstünə beton tökülüb. Taxta örtüyün üstünə beton olmayıb. Divarlar dəlinib. 80 santimetrdən bir 12 tavr atılıb. Onları 16-lıq armaturlar birləşdirib, sonra da aralarına 10-luq armaturlar atılıb, üstünə beton tökülüb. Yəni, binanı daha da gücləndirmişəm. Onların qoyduğu dinamit zirzəminin tavanını dağıdıb, birinci mərtəbəyə keçməyib. Ancaq bir yerdə - kalonun dibindən hörgü olduğu üçün təzyiq hesabına kiçik zədə olub. Betona heç nə olmayıb. FHN-nin işçiləri elə oranı dəlib. O, partlayış dəliyi deyil. Həmin hissə lomla, külnglə dağılmış dəlikdir”, - deyə qərargahın sahibi “Azadlıq”a müsahibəsindəı bildirib.

Hadisə yerindən ən son fotoları sizə təqdim edirik:

1318 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.