Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Mart 2014

Daha bir məmur övladı ilə bağlı ilginc faktlar Foto

Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbəri Vaqif Axundovun oğlu necə həyat yaşayır?

“Murad Axundovun ziyafət axşamları imperiyası sərhədlər tanımır! General-polkovnik Vaqif Axundovun yeganə oğlu günə-gün yox, ziyafətə ziyafət yaşayır”. Bu sözlər Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbəri Vaqif Axunduovun oğlu Murad Axundov barədə virtualaz.org saytında yer almış məqalədəndir.
Murad Axundov da digər məmur övladları kimi Instagram sosial şəbəkəsində dəbdəbəli həyatı ilə bağlı fotolar paylaşıb. Sayt da həmin fotolar əsasında material hazırlayıb. Yazının ixtisarla təqdim edirik: “30 yaşlı Murad da məmurdur. O, Ədliyyə Nazirliyində işləyir, özü də birinci il deyil. Adama elə gələrdi ki, ədliyyə sistemi və ümumiyyətlə, dövlət xidməti ciddi işdir, lakin insanın əsl mahiyyəti gec-tez qalib gəlir.
Murad da əsasən özü və dostları üçün ziyafətlər və konsertlər təşkil edən şirkətin sahibidir. Onun ürəyi “Pitbull” ləqəbli dünya ulduzu ilə əylənmək istəyir. Hansı ki, bu ulduz Cenifer Lopeslə duet oxuyur. Heç bir problem yoxdur, Muradın ürəyi istəyirsə, “Pitbull” Bakıda konsert verməlidir.
Ziyafətlər kralı olan Murad Axundov Azərbaycan paytaxtının bütün “tusovka” iştirakçılarının xəyal etdiyi ulduzlarla dostluq edir. Yeri gəlmişkən, Bakıda Muradın keçmiş qızları ilə görüşmək də böyük şərəfdir, onun bardakı masasının qalıqları da üstünlük vəd edir.
Zuğulba iqamətgahı yeniyetmə oğlan üçün artıq ciddi görünmür: Kann, Monako, Marbelyu, kazino, maşınlar, ən yaxşı klublarda “tusovka”lar, bahalı kostyumlar və saatlar - bütün bunlar 1989-cu ildən Azərbaycanın Xüsusi Dövlət Mühafizə Idarəsinin rəisi olan atanın oğlu, cənab oğul Axundov üçün təbii haldır.
Yaş artdıqca iştah da artır. Və dünya da azlıq etməyə başlayır. Muradın 14 yaşından əylənməyə başladığı nəzərə alınarsa, o zaman yerli əyləncələr onu yormalıdır. Artıq bir neçə ildir ki, Murad öz ətrafı ilə gah Lacivərd sahillərdə, gah Marbelyuda, ən azından Dubayda əylənir. Ümumiyyətlə, klubda “Crystal” şampanına bir neçə min dollar ödəmək onun üçün adi işdir.
Bakının tozlu yollarında tıxacda qalmaqdansa “Porshe 911” kabrioletində Kann yollarında şütüməyi sevir. Əlbəttə ki, həm də kazinoları. 
Ötən ilin yayında Kanndakı “Gotha” klubunda, müştərinin sifariş etdiyi sözlərin bir neçə min avronun əvəzində monitorlarda bütün kluba yayıldığı yerdə Murad və onun sadiq dostları “Azərbaycan” sözünü sifariş veriblər. Və budur, striptizçilərin rəqsləri altında və Fransadakı erməni lobbisinin pəncərəsinin qarşısında, Lacivərd sahillərin ən bahalı klubunda bizim 20 faizi Ermənistan tərəfindən işğal olunmuş vətənimizin adı səslənir".
Xatırladaq ki, bundan əvvəl nəqliyyat naziri Ziya Məmmədovun qardaşı deputat Elton Məmmədovun, Diasporla Iş üzrə Dövlət Komitəsinin sədri Nazim Ibrahimovun, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun və digər bu kimi iri məmurların övladları “Instagram”ın “tələsinə” düşüblər.

1530 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 18:33