Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Mart 2014

Venesuelada iğtişaşlar zamanı ölənlərin sayı 20-yə çatıb

Venesuelanın paytaxtı Karakasda ötən gün hakimiyyət əleyhinə keçirilən etiraz aksiyaları zamanı daha 2 nəfər öldürülüb.

“RİA Novosti”nin verdiyi xəbərə görə, ölənlərdən biri Milli Qvardiyanın əsgəri, digəri isə motosiklet sürücüsüdür. Hər iki şəxsin güllə yaralarından öldüyü bildirilir.

Məlumata görə, motosikletdə hərəkət edən bir qrup gənc küçələrin birində etirazçılar tərəfindən quraşdırılmış barrikadanı sökməyə cəhd edərkən naməlum şəxslər tərəfindən atəşə tutulublar. Venesuela parlamentinin sədri Diosdado Kabelyo açıqlamasında bildirib ki, atəşi yaxınlıqdakı binada gizlənmiş snayperlər açıb.

Beləliklə, son məlumata görə, Venesuelada fevralın əvvəlindən davam edən iğtişaşlar zamanı ölənlərin sayı 20-yə çatıb. Ölkə prezidenti Nikolas Maduro ölənlərin sayının 50-dən çox olduğunu bildirib.
1219 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:42