Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Mart 2014

Şəki sakini şok korrupsiya faktlarından yazdı

İcra başçısının müavini ildə 2 milyon yarım büdcə pulunu mənimsəyir; Xəlil Xəlilova cinayət işi başlanıb.

Şəki sakini Mansur Səfərov redaksiyamıza məktub yollayıb. Məktub müəllifi prezident sərəncamı ilə Şəkinin aqrar sektoruna ayrılan büdcə vəsaitlərini kimin və necə mənimsəməsinin xəritəsini açıqlayır. M.Səfərov yazır: “Son 4 ildə cənab İlham Əliyevin sərəncamı ilə kənd təsərrüfatı ilə məşğul olan fermerlərə büdcədən ayrılmış vəsaitin bir hissəsi, yəni hər il 2-2,5 milyon manat vəsait Şəki rayon icra başçısının aqrar məsələlər üzrə müavini Xəlil Xəlilovun rəhbərliyi ilə mənimsənilir.

Belə ki, X.Xəlilov həmin pulları bir neçə icra nümayəndəsi ilə əlaqəyə girərək öz yaxın adamlarının adına yazdırmaqla mənimsəyir. Bir neçə kənddə torpaq sahəsi az qala 2 dəfə artıq yazılıb”.

Məktub müəllifi vəsaitlərin konkret olaraq kimlərə verildiyini də yazır: “Çayqaraqoyunlu kəndi - Xəlilov Asif - 312 ha - 12480 manat. Çayqaraqoyunlu kəndi - Xəlilov Baba - 390 ha - 15600 manat. Çayqaraqoyunlu kəndi - Xəlilov Asif - 100 ha - 4000 manat. Çayqaraqoyunlu kəndi - Xəlilov Sənan - 80 ha - 3200 manat. Çayqaraqoyunlu kəndi - Xəlilov Əli Xəlil -186 ha - 7440 manat. Çayqaraqoyunlu kəndi-Xəlilov Məmməd - 50 ha - 2000 manat. Çayqaraqoyunlu kəndi-Xəlilov Asif- 60 ha - 2400 manat.
Cəmi:1200 ha - 48 min manat.

Yalnız bir dəfə pul alanda Xəlil Xəlilov bütün ailə üzvlərinin hesabına 1200 hektar yazaraq 48 min manat pul alıbdır. O, hər il saxta sənədlərlə özünə və qardaşının adına toxum sənədləşdirərək 70-80 min manat pul alır. Belə ki, 2008-ci ildə - 61 min manat, 2009-cu ildə 80 min manat, 2010-cu ildə 33 min 900 manat toxum pulu alıb ki, bunun nəticəsində vergidən yayındığı üçün X.Xəlilova 213-cü maddə ilə cinayət işi başlanıb. Bundan sonra sənədləri qardaşı Asifın adına yazaraq 2011-ci ildə 61 min manat, 2012-ci ildə 86 min manat, 2013-cü ildə isə 40 min manata yaxın pul almışdır.

Xəlil Xəlilov 2013-cü ilin iyun ayından Şəki rayonu üzrə subsidiya alanların torpaqlarının hektarını şişirtməklə rayon üzrə bir neçə kəndin siyahısını artırıb, artırılan siyahıda adları olmayan adamların adını cədvələ yazaraq banka siyahı vermiş və həmin pulları mənimsəyiblər. Bu rəqəmlər isə olduqca böyük rəqəmdir. Hazırda mənimsədikləri pullar hesabına özünə bir neçə yerdə mal-qoyun ferması alıb, qoyun-quzunun sayı 4 min başa çatıb. Dövlətin, bələdiyyənin torpaqlarmı zəbt edib. Şəki rayonunun Sarıca kəndi ərazisində 500 hektar dövlət ehtiyat fondunun torpaqlarının sərhəd hissələrini 2 metr dərinlikdə arx qazdırmış, qanunsuz olaraq əhalinin mal-qoyununun örüş yerini zəbt etmişdir. Xəlil Xəlilov istədiyi vaxt əkilmiş arpa sahələrini, buğda sahəsi kimi yazdırır və hər hektara düşən 80 manatın sakitcə həzm edir. Şəkidə olan 87 min hektar əkin sahəsini Xəlil müəllim bu cür əkib-becərir. Xahiş edirik bu məsələləri ciddi araşdırasınız. Onda Şəkidə nə var, nə yox biləcəksiniz".

Məktub müəllifi bir neçə kənddə taxıl əkməyib subsidiya alanların olduğunu da qeyd edir: “Həmin adamların heç özlərinin adlarına pul alınmasından xəbəri yoxdur. Bu adamların adına olan pulları ”Kapital Bank"dan 2-ci saxta kartlarla çıxarıblar". /Musavat/
1288 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber