Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Mart 2014

Görəsən bu "LAZIM" kimdi, hamı onu axtarır?!

Ərdoğan: “Lazım olsa, “Youtube” ilə “Facebook”u bağlayarıq”

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan canlı yayımda gündəmlə bağlı bir sıra açıqlamalar verib.

Ərdoğan internet qanunu ilə əlaqədar olaraq martın 30-da sonra yeni tənzimləmələr ediləcəyini açıqlayıb.

"İnternet qanununa məlum idarələr etiraz etdilər. Edə biləcəyimiz qədərini etdik. O sahədə də martın 30-dan sonra atacağımız yeni addımlar var. Bu mövzuda ciddiyik. Bu milləti "Youtube"a, "Facebook"a qurban verə bilmərik. Lazım olsa, bağladarıq" - deyə Ərdoğan internet qanunu ilə bağlı açıqlamasında bildirib.

Qeyd edək ki, bu gecə Türkiyənin özəl telekanallarından birində jurnalistlərin suallarına cavab verən Ərdoğan sözügedən çıxışında müxtəlif mövzulara toxunub./ans/
1332 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:19