Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Mart 2014

Polis “Sovetski”də aksiya keçirəcək qadınlara xəbərdarlıq etdi

“Sovetski” sakinlərinin onlara verilən kompensasiya ilə bağlı narazılıqları davam edir. 3 martda keçirilən görüşdə hökumət rəsmiləri sakinlərə evlərinin hər kavdratmetrinə 1500 manatdan artıq pul verilməyəcəyini bildirdi.
Bu üzdən də “Sovetski”də yaşayan xanımlar martın 8-də aksiya keçirməyi planlaşdırırlar. Bu aksiyanın tarixi simvolik olaraq seçilib və aksiyaya yalnız qadınlar çıxacaq. Bu etiraz mitinqinin təşkilatçısı da, iştirakçıları da qadınlar olacaq. Onlar hökumətin təklif etdiyi kompensasiyaya etiraz edəcəklərini deyirlər.
Aksiyaya hazırlaşan “Sovetski” qadınlarına xəbərdarlıq edilib. Bu barədə “Azadlıq” radiosuna “Sovetski” sakini Tahirə Rzayeva məlumat verib: “Məni martın 5-də Yasamal polisinə dəvət etmişdilər. Aksiya ilə bağlı xəbərdarlıq etdilər, dedilər heç bir aksiya keçirməyin. Mən heç nədən, heç kimdən qorxan qadın deyiləm, amma həmin vaxt yaman kövrəldim. 27 il həyat yoldaşım olmadan saxladığım uşaqlarım gözümün önünə gəldi. Həm də düşündüm ki, xalq arxamda duran deyil, xalqa etibar yoxdur. Indi işığımı da kəsiblər, deyirlər borcunuz var. Nə bilim, mənim həmişə borcum olub, amma heç vaxt işığımı kəsməyiblər”.
Yasamal polisindən bu barədə hər hansı məlumat öyrənmək mümkün olmayıb.
Başqa qadınlara da xəbərdarlıq edildiyi barədə xəbər yayılıb.(azadliq.info)
1386 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber