Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Mart 2014

"Azəriqaz"dan gülməli izah: "Lökbatanda camaat təşvişdən zəhərlənib!"

ARDNŞ-ın “Azəriqaz” İstehsalat Birliyi dünən Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş verən zəhərlənmə ilə bağlı açıqlama verib.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev bildirib ki, artıq srağagünkü hadisə ilə bağlı qurum tərəfindən araşdırmalar aparılıb: “Müəyyən edilib ki, qazın tərkibinə vurulan adorant maddəsi tam normaya uyğundur. Götürülən nümunələr laboratoriya şəraitində yoxlanılıb. Məlum olub ki, qəsəbəyə verilən qazın tərkibinə heç bir əlavə qatqılar vurulmayıb. Verilən qaz tam olaraq normalara uyğundur”.

Zəhərlənənlərin rəsmi sayının 115 olduğuna gəldikdə isə A.Ağayev deyib ki, buna əhalinin təşviş və stress içində olması səbəb olub: “Adorant adlanan maddə kəskin iy və qoxuya malikdir. Bu da normaya uyğun verilib. Bununla belə, “Azəriqaz” aparılan əlavə araşdırmalardan sonra hadisə ilə bağlı rəsmi məlumat yayacaq”.

A.Ağayev əlavə edib ki, dünən günorta saatlarında Lökbatan qəsəbəsinə qazın verilişi tam gücündə bərpa olunacaq./apa/
1416 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 07:42